SOSİAL
A- A A+

S-1 peşəkar döyüş liqasının yeni mərkəzinin açılışı oldu

2019-02-07 15:50:13

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir

. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Qüvvədə olan "Bədən tərbiyəsi və idman haqqında" Qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.

Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir.

Fact-info.az –a daxil olan məlumata görə, ötən gün S-1 peşəkar döyüş liqasının yeni Mərkəzinin açılışı olub. Mərkəzin açılışında S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov, S-1 peşəkar döyüş liqasının birinci vitse-prezidenti İsmayıl Əliyev və S-1 peşəkar döyüş liqasının vitse-prezidenti Mərdan Vəliyev, həmçinin tanınmış idmançılar və ictimaiyyət nümayəndələri, KİV nümayəndələri iştirak etdilər. Təntənəli açılış mərasimində çıxış edən S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki, ölkəmizdə idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü idman siyasəti nəticəsində idmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edərək, idmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradır. Bunun nəticəsidir ki, hər il ölkəmizdə beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir.

Açılışda iştirak edən digər qonaqlar S-1 peşəkar döyüş liqasının son dövrdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində gənclər arasında geniş marağa səbəb olduğunu qeyd etdilər. Yeni Mərkəzin açılışı S-1 peşəkar döyüş liqasının inkişafında yeni imkanların yarandığı vurğulandı.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 410

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...