QHT və MEDİA
A- A A+

Gürcüstan parlamentinin deputatı: Azərbaycana və azərbaycanlılara qarşı təxribatlara yol verilməməlidir

2019-02-07 08:45:30

Bu gün bəzi qüvvələr müxtəlif yollarla Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmağa, əsrlər boyu mehriban qonşu olan iki xalqın dostluq münasibətlərini korlamağa çalışırlar. Biz haqq səsimizi ucaltmalı və buna imkan verməməliyik

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib. A.Süleymanov bildirib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini andığı bir gündə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşmış Mixail Avakyana büstün qoyulması çox pis əlamətdir. Büstün açılış mərasimində parlamentin deputatlarının, bələdiyyə sədrinin, şəhər merinin və Ermənistanın Gürcüstandakı səfirinin iştirakı məsələni daha da gərginləşdirir.

Deputat, büstün sökülməsi tələbini də qaldırıb. O deyib ki, bu məsələ arxa plana keçirilə bilməz. Bütün sülhsevər insanlar, separatçılığa və terrorçuluğa qarşı olan qüvvələr M.Avakyan kimi cəlladlara abidə ucaldılmasını qətiyyətlə pisləməlidirlər və bu abidə sökülməlidir. Biz də bu məsələni daim diqqətdə saxlayacaq və kiminsə Azərbaycan-Gürcüstan dostluğuna zərbə vurmasına, Azərbaycan dövlətinin və xalqının əleyhinə təxribat törətməsinə imkan verməyəcəyik. Qeyd edək ki, Azər Süleymanov Gürcüstan parlamentinin iclasında Axalkalaki rayonunun Boqaşen kəndindən Abxaziyada gürcülərə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı vuruşmuş terrorçu Mixail Avakyana büstün qoyulması ilə bağlı məsələ qaldırılıb. O, separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addımlar atmağa çağırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 139

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...