SOSİAL
A- A A+

İrəvan Teatrı “Ölüm həsrəti” tamaşası ilə çıxış edib

2019-02-05 10:00:03

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi fevralın 2-də Gəncə şəhərində qastrol səfərində olub

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. Bildirib ki, səfərdə teatrın kollektivi Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə çıxış edib. Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur. Rollarda Əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cabrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış edəcəklər. Tamaşada müəllifin baş verənlərə orijinal münasibətinin əks olunduğunu söyləyən T.Bayramov deyib: “Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də rejissorun böyük uğurudur. Belə səhnə əsərləri tariximizin unudulmamasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbər tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 281

QHT və MEDİA

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...