MÜSAHİBƏ
A- A A+

Tural Gəncəliyev: Münaqişənin həlli prosesində Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa hazırıq

2019-02-05 07:40:36

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk olaraq bunu Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər

İnanırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və sabitlik bərpa olunar, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər. Bu sözləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu müstəvidə 2019-cu ilin yanvarında Brüsseldə aparılmış “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqəti cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu, hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən on il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”. T.Gəncəliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib.

“Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu, müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və humanitar əlaqələrin bərpa olunmasına töhfəmizi verməyə hazırıq. Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin edilməlidir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 423

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...