İQTİSADİ
A- A A+

Vyanada Azərbaycana həsr olunmuş mühüm təqdimat keçirilib

2019-02-04 10:55:11

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyində (AZER-DER) Azərbaycan iqtisadiyyatına və ixrac potensialına həsr olunmuş tədbir keçirilib

Tədbirdə çıxış edən təşkilatın sədri Yardım Günəş rəhbərlik etdiyi qurumun mədəni əlaqələrlə yanaşı, iqtisadi və ticari əməkdaşlığı da daim diqqət mərkəzində saxladığını, Azərbaycan ilə Avstriyanın işgüzar dairələri arasında körpü yaratmağa çalışdıqlarını bildirib. Qeyd edilib ki, bu tədbir bir tərəfdən ölkəyə sərmayə yatırılmasına, digər tərəfdən isə Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarına çıxarılmasına töhfə verməkdir. Bu məqsədlə yaxın aylarda iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirən Y. Günəş ölkəmizdə keçiriləcək görüşlərdə konkret tərəfdaşlıq əlaqələrinin yaranacağına ümidvar olduğunu vurğulayıb.

Sonra ölkəmizin Avstriyadakı səfirliyinin ikinci katibi Samir Rzayev təqdimatla çıxış edib. Azərbaycanın iqtisadi potensialı və investisiya mühiti barədə ümumi məlumat verən S.Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafına, ixracyönümlü məhsul istehsalının genişlənməsinə və “Made in Azerbaijan” brendli məhsulların ixracının təşviqinə böyük diqqət ayrıldığını vurğulayıb. Qeyd edilib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanda bir neçə sənaye parkı yaradılıb və bu parklar ən müasir infrastrukturla təmin olunub. Bu parklarda öz müəssisəsini yaratmaq istəyən yerli və xarici sərmayəçilərə dövlət tərəfindən geniş imkanlar və vergi imtiyazları yaradılıb, eləcə də hüquqi dəstək göstərilir.

Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağı olmaqla yanaşı, buradakı Azad İqtisadi Zona gələcəkdə istehsal olunmuş məhsulların dünya bazarlarına çıxarılması üçün yüksək keyfiyyətli daşınma imkanları da təqdim edəcəkdir.

Azərbaycan iqtisadiyyatının inkişafı üçün dövlət tərəfindən müəyyən edilmiş prioritet sahələrə toxunan S.Rzayev potensial sərmayəçilərin sənaye, kənd təsərrüfatı, əczaçılıq və sair sahələrə cəlb olunması üçün əlverişli mühitin yaradıldığını qeyd edib. Bildirilib ki, konkret sahələrə maraqlı olan iş adamlarına səfirlik tərəfindən əlavə məlumatlar təqdim edilə və onlarla Azərbaycanda konkret tərəf müqabili olan qurumlar arasında əlaqə yaradıla bilər. Eyni zamanda, Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması və xarici bazarlarda geniş təbliği istiqamətində də ciddi işlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, işgüzar dairələr Azərbaycan istehsalı olan məhsulların Avstriya və digər Avropa ölkələrinə ixracında yaxından iştirak edə bilərlər.

Təqdimat tədbir iştirakçılarının marağına səbəb olub və onların sualları cavablandırıb. Tədbirdə Avstriyada fəaliyyət göstərən müxtəlif şirkətlərin təmsilçiləri, eləcə də Türkiyə və Qazaxıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 335

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...