QHT və MEDİA
A- A A+

ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində su kanalı çəkilməsi ilə bağlı hərəkətlərini pisləyir

2019-02-03 16:35:34

.

Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) bəyanatla çıxış edib. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından kanal çəkilişi ilə bağlı hərəkətləri pislənilir. AZƏRTAC xəbər verir ki, ISESCO Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri bildirib ki, Ermənistanın bu ekspansionist planı Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti dəyişməyə və ISESCO-nun üzvü olan Azərbaycan Respublikasının təbii ehtiyatlarının talan edilməsinə yönəlib. Baş direktor bunu xüsusi mülkiyyət və dövlət mülkiyyəti hüquqlarının, habelə beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasında təsbit olunmuş “işğalçı dövlət işğal edilmiş ərazilərdə mülki şəxslərin müdafiəsini təmin edir” müddəasının pozulması hesab edir.

ISESCO-nun baş direktoru beynəlxalq birliyə və beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciətlə Ermənistanı öz iqtisadiyyatını Azərbaycanın təbii ehtiyatlarından istifadə edilməsi hesabına inkişaf etdirməyə yönəlmiş ekspansionist planından və etnik təmizləmə siyasətindən əl çəkməyə, dünyanın bu mühüm regionunda sülhün və təhlükəsizliyin bərqərar olması məqsədilə Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməyə məcbur etməyə çağırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 499

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...