SOSİAL
A- A A+

Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirildi

2019-02-03 15:15:16

Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir

Prezident İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu vardır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb. 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Dövlət Komitəsinin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.

Əvvəlcə tədbir iştirakçıları 2016-cı ililn aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra onlar hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib. Dövlət Komitəsinin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub. Sovqat qutularında əsgərlər üçün zəruri ləvazimatlar, əldə toxunma corab, Qarabağ şirniyyatı, müharibə qəhrəmanları haqqında kitablar, həmçinin məcburi köçkün uşaqların məktubları vardı. Bundan başqa, hərbi hissəyə üzərinə Lələtəpə yüksəkliyinin alınması zamanı şəhid olmuş hərbçilərin adları həkk olunmuş və onların ailə üzvləri tərəfindən imzalanaraq xüsusi çərçivə içərisində yerləşdirilmiş köynək və hərbi atributlarla bəzədilmiş divar saatı hədiyyə edilib.

Hərbi hissənin komandanlığı Dövlət Komitəsinin təşəbbüsünü və şəxsi heyət üçün gətirilmiş sovqatı yüksək qiymətləndirib, Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha artırdığını bildirib.

Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov, Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirkçıları tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər.

Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 433

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...