İQTİSADİ
A- A A+

"Prezidentin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdir"

2019-02-01 07:40:29

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdən ibarətdir.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinin üzvləri ilə görüşməsi ondan xəbər verir ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin ən əsas məqsədi budur: “Məqsəd insanlara xidmət, qayğı göstərmək, onların problemlərini həll etməkdir. Prezident İlham Əliyev hər dəfə regionlara səfəri zamanı insanlarla görüşür, onların arzu və istəklərini öyrənir, həyata keçirilən siyasətdə bütün bunları nəzərə alır. O ki qaldı şəhid ailələrinə göstərilən qayğıya, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri ölkənin ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması uğrunda mübarizədə şəhid olmuş insanların ailələrinə, eyni zamanda, xəsarət almış insanlara lazım olan yardımın, köməyin göstərilməsidir”. Baş nazirin müavininin sözlərinə görə, bu yaxınlarda şəhid ailələrinə böyük yardım edilməsi, eyni zamanda, şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərmanın imzalanması ondan xəbər verir ki, Azərbaycan dövləti bu siyasətin həyata keçiriməsində ardıcıl mövqeyini bu gün də davam etdirir və bundan sonra da bu siyasət həyata keçiriləcək: “Azərbaycan vətəndaşı əmin ola bilər ki, Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev həmişə onların qayğısına qalır və dövlət daim onun arxasındadır. Heç kim tək deyil və öz problemləri ilə təkbaşına buraxılmayıb, Azərbaycan dövləti bütün vətəndaşların problemlərinin həll olunmasına kömək göstərməyi özünün başlıca məqsədi hesab edir”.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 583

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...