QHT və MEDİA
A- A A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyəti diplomatik korpusun nümayəndələrinə təqdim edilib

2019-01-30 08:50:03

Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib

Tədbiri açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib. O, işğal edilmiş ərazilərimizin azad olunmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacibliyini vurğulayıb. Münaqişənin həlli ilə bağlı davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda ölkəmizin Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini diqqətə çatdırıb.

Mahmud Məmməd-Quliyev görüşün əsas məqsədinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 23 nəfərdən ibarət olan İdarə Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd edib. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80 min nəfərdən çox azərbaycanlı icmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyini, o cümlədən BMT TŞ-nin 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb. Bu xüsusda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyan, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozan Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.

Daha sonra icmanın İdarə Heyətinin üzvləri, Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış ediblər. Onlar Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıb, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 214

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...