SOSİAL
A- A A+

Milli QHT Forumu Avropa Parlamentinin deputatlarına müraciət ünvanladı

2019-01-29 14:10:41

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb

Forumda təmsil olunan 700-dək təşkilatın adından ünvanlanan müraciətdə Avropa Parlamenti yanvarın 17-də "Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə" layihəsinə etiraz edilib, Ermənistanda fundamental azadlıqların pozulmasına göz yumulduğu, oxşar məsələlərə fərqli münasibət sərgiləndiyi, ikili yanaşma tətbiq edildiyi qeyd olunub:

"Təəssüf ki, birinci dəfə deyil ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən aldadılaraq, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yaraşmayan qeyri-obyektiv və qərəzli sənədə səs verməyə təhrik olunurlar. Doğrusu, belə bir mövqe nümayiş etdirməklə Avropa Parlamentinin hansı məqsəd güddüyü, kimə və nəyə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə qaranlıq qalır. Əgər məqsəd insan hüquqları, demokratiya, qanunun aliliyi kimi dəyərlərin qorunması, Azərbaycan hakimiyyətini həmin istiqamətdə beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırmaqdırsa, onda eyni münasibət niyə indiyədək başqa dövlətlərə, xüsusilə də insan hüquqlarına tam etinasız yanaşan Ermənistana göstərilməyib? Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməyib? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi. Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldüyünü bilmirdiniz? Bəlkə yanvarın 26-da həbsxanada iki ay aclıq keçirən digər siyasi məhbus Mqer Yeqiazaryanın ölümündən də xəbəriniz yoxdur?"

"Biz - Azərbaycanın 700-dək vətəndaş cəmiyyəti təsisatını öz ətrafında birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təmsilçiləri Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etmiş deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrı-seçkilikdən və islamofobiyadan uzaqlaşmağa çağırır, postsovet məkanında baş verən hadisələrə obyektiv və ədalətlə yanaşmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadiq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz", - deyə müraciətdə bildirilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 183

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...