SOSİAL
A- A A+

Qafqazda ilk dəfə keçirilən musiqi bayramı

2015-08-24 10:50:42

Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının təntənəli açılış mərasimi olub

Əksər festivallari özünəməxsus şəkildə qeyd edən Şəkidə nağara festivalı da öz qeyri-adiliyilə diqqət çəkib. Möhtəşəm festivalın canlı şahidi olmaq və yaşanan həyəcanın həvəsində olanlar avqustun 26-a kimi davam edəcək festivalın keçiriləcəyi ünvana yol alır.
ANS TV-nin məlumatına görə, Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının təntənəli açılış mərasimi olub. 
Festivala axşam saatlarında ilk olaraq şəhərin mərkəzi meydanında nağaraçıların yürüşü ilə start verilib. Şəhər sakinlərinin müşayəti və alqış sədaları altında 100-ə yaxın nağaraçıdan ibarət qruplar Yay teatrına doğru çal-çağırlı yürüş edib. Festival ritm qrupun rəhbəri Natiq Şirinovun ANS-in şüarını səsləndirilməsilə öz işinə başlayıb.
İlk zərbə isə rayon icra başçısı Elxan Usubovdan gəlib.
Rayon rəhbəri ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını qeyd edib.
Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lion”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları musiqi nömrələrini təqdim ediblər.
“Biz Özbəkistandan gəlmişik. Bunlar isə şagirdlərimdi. Bizim üçün çox xoşdur ki, belə bir festivaldayıq. Təşkil olunmuş səhnəyə heyranam. Hər şey superdir”, – deyə Özbəkistan qrupunun rəhbəri Abbos Qasumov bildirib.
İranlı təmsilçi Hüseyn Səyyafi bu festivala dəvət olunduğu üçün çox şad olduğunu deyərək əlavə edib ki, festival hər il keçirilsin.
Bu gün tarix memarlıq abidəsi olan karvansarayda Özbəkstanın “Abbos” qrupunun ustad dərsləri, axşam Yay teatrında isə konsert proqramı ilə festival öz işini davam etdirəcək.
Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə keçirilən bu musiqi bayramı avqustun 26-dək davam edəcək.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1071

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...