SİYASƏT
A- A A+

Zurab Qventsadze: Gürcüstanda millətçi Avaqyanın heykəlini erməniyönümlü qüvvələr ucaldıb

2019-01-28 07:30:08

Gürcüstanın Axalkalaki şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür. Bunu Trend-ə Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Zurab Qventsadze deyib

Onun sözlərinə görə, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib:

“Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş naziri və xarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək”.

QHT rəhbəri bildirib ki, Gürcüstan ərazisində erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir: “Ölkələrimiz strateji tərəfdaşdır, Azərbaycan isə bizə dost ölkədir və investisiya dəstəyi, yanacaq təminatı kimi addımlarla ölkəmizi dəstəkləyir. Əminəm ki, üçüncü qüvvələrin Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə ziyan vurmaq cəhdləri uğur qazanmayacaq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 622

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...