MÜSAHİBƏ
A- A A+

Quram Marxuliya: Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçuya Gürcüstanda büst qoyulması xalqlarımıza qarşı təxribatdır

2019-01-26 09:50:39

“Gürcüstan vətəndaşlarının digər ölkələrin işğal olunmuş ərazilərində döyüş əməliyyatlarında iştirakı yolverilməzdir. Eləcə də həmin insanların adlarının əbədiləşdirilməsi və onlara büst qoyulması həm yerli qanunlara, həm də beynəlxalq hüquqa ziddir”

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib. Politoloq deyib: “Axalkaliki rayonunun Buğaşen kəndində anadan olmuş, bir müddət Abxaziyada yaşamış Gürcüstan vətəndaşı Mixael Avakyanın sonradan hansı yolla və hansı məqsədlə Ermənistana keçdiyi mənə məlum deyil. Amma Ermənistanın Abxaziya məsələsində gürcülərə, eləcə də, Dağlıq Qarabağda azərbaycanlılara qarşı hansı cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Bu baxımdan da Mixael Avakyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər sirr deyil. Hesab edirəm ki, belə bir adama abidə qoymaq bizim xalqlarımıza qarşı təxribatdan başqa bir şey deyil”.

Alimin sözlərinə görə, Gürcüstan hökuməti bu məsələyə ciddi yanaşmalıdır. Azərbaycan ilə Gürcüstan arasındakı dostluğa, qardaşlığa, strateji tərəfdaşlığa zərbə vuracaq heç bir addıma yol vermək olmaz. Nəzərə alınmalıdır ki, ermənilər bundan əvvəl də Cavaxetiyada kiməsə abidə ucaldıblar. Bunların heç birinin gürcü xalqı və Gürcüstan hökuməti qarşısında hər hansı xidməti olmayıb. M.Avakyan hətta Gürcüstan dövlətinin milli maraqlarına zidd olaraq bizə yaxın olan bir xalqa qarşı vuruşub. Nə üçün belə bir adama Gürcüstan ərazisində abidə qoyulmalıdır? Mən bunu anlaya bilmirəm.

“Düşünürəm ki, bu cür təxribatçı addımların qarşısı alınmalıdır” – deyə, Marxuliya vurğulayıb. Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin tərkibində döyüşmüş Mikxael Avakyana abidə qoyulub.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 803

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...