SOSİAL
A- A A+

Repressiya qurbanlarına həsr olunan tədbir keçirilib

2019-01-26 09:15:37

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları"nın açıq siyahısı Milli Rəqəmsal Yaddaşda” mövzusunda tədbir keçirib

MEK direktoru Leyla İmanova ötən il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edildiyini deyib. Direktor AMEA-da və kitabxanada bu münasibətlə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. O, çalışmaların davam etdiyini qeyd edib. L. İmanova MEK tərəfindən hazırlanmış və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilmiş məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısının tərtib olunduğunu, siyahının açıq saxlanıldığını, gələcəkdə də əlavələrin edilməsinin mümkün olduğunu bildirib. Qeyd edib ki, bu təşəbbüs həm də bu sahədə çalışan tədqiqatçıları birgə fəaliyyətə çağırış xarakteri daşıyır. Tədbirdə MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə insanların təqib və böhtanlara məruz qaldığını, qırmızı terror nəticəsində minlərlə şəxsin öldürüldüyünü söyləyib. Həmin illərdə Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim və din xadiminin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini bildirib. N. Həsənova MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını diqqətə çatdırıb: “Kolleksiya üzərində işləyərkən apardığımız araşdırmalardan bəlli oldu ki, AXC süqut etdikdən sonra respublikanın yaradılmasında iştirak etmiş insanların çoxu repressiya qurbanlarına çevrilib. Repressiya qurbanları sürgün olunduqları yerdə dünyasını dəyişdiyindən harada dəfn olunmaları haqqında heç bir məlumat göstərilməyib”.

N. Həsənova qeyd edib ki, bunu nəzərə alaraq, MEK tədqiqatçıların yazılarından istifadə etməklə, həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları” adlı siyahı hazırladı. Onun sözlərinə görə siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri açılır” əsəri, Nəsiman Yaqublunun cümhuriyyətlə bağlı yazıları və müxtəlif internet portallarındakı məlumatların əsasında tərtib edilib. N.Həsənova qeyd edib ki, siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alır, digər hissə isə tamamlanmayıb. MEK-in bölmə rəhbəri əlavə edib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək, kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib və oxucuların istifadəsinə verilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 581

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...