TƏDQİQATLAR
A- A A+

Britaniyalı araşdırmaçı: "Dağlıq Qarabağ kriminal mərkəzə çevrilib"

2019-01-25 11:15:10

Britaniyalı araşdırmaçı Harrold Keyn Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz fəaliyyətlərindən bəhs edən kitab nəşr edib

Fact-info.az "Report"-a istinadən məlumatına görə, müəllif kitaba "Narko Qarabağ" (Narco Karabakh) adı verib. H.Keyn 18 aylıq araşdırması zamanı fəsadları Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü açıb. Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində olan H.Keyn insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirib. "Hazırkı statusuna görə Dağlıq Qarabağ sanki vakumdadır. Bu hal amansız şəkildə istismar olunan həmin ərazilərin beynəlxalq kriminal qruplaşmaların hesablama palatasına çevrilməsinə şərait yaradıb", - deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün təhlükəsizlik məqsədilə adını dəyişdirməli olub. Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif, hətta Xankəndidə döyüldüyünü bildirib: "Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan və Serj Sarkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar". Qeyd edək ki, H.Keynin qeydləri ilə "www.narcokarabakh.net" saytında tanış olmaq mümkündür.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 612

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...