SİYASƏT
A- A A+

Qənirə Paşayeva: Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq ən vacib məsələdir

2019-01-25 10:20:21

“Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasına uyğun hüquqların icrası dövlətlərin ərazi bütövlüyünü və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətlər olmamalıdır və Məşvərət komitəsini bu məsələlərdə ehtiyatlı olmağa çağırıram

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri AŞPA-nın qış sessiyasında “Milli azlıqdan olan insanların hüquqlarını təşviq etmək” adlı məruzənin müzakirəsində Azad Demokratlar Qrupu adından qrupun vitse-prezidenti Qənirə Paşayeva söyləyib.

O bildirib ki, Məşvərət Komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyələr verməkdir. Buna görə də Komitə üzvləri bu məsələnin həssaslığını daha yaxşı anlayan, Avropanın müxtəlif regionlarının və ölkələrinin tarixi və xüsusiyyətləri barədə zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, səriştəli ekspertlər olmalıdır. Komitənin tövsiyələri öz növbəsində, Konvensiyanın dilinə və ruhuna uyğun olmalı, milli azlıqların hüquqlarının qorunmasını və təşviqini irəli çəkmək məqsədinə xidmət göstərməlidir.

Bu məsələlərin həssaslığını nəzərə alaraq, bütün səylər Avropada bölünmələrin və gərginlik mənbələrinin yaradılmasının qarşısının alınmasına yönəlməli və Komitə öz işində Çərçivə Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsi vasitəsilə Avropa xalqları və millətləri arasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır. “Azərbaycan Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır və açıqdır”, - deyə Q.Paşayeva vurğulayıb. O, ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayıraraq bildirib ki, Avropanın gələcəyi üçün bu məsələyə yanaşma birmənalı olmalıdır. Azərbaycanlı deputat Avropa Şurasının “Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasının milli azlıqların qorunması ilə bağlı həssas məsələləri əhatə etdiyini söyləyərək, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 235

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...