2019-01-24 09:35:32 | TƏDQİQATLAR-ANALITIKA
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin sentyabrından oktyabr ayınadək olan dövrü əhatə edir

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi olub. Prezident İlham Əliyevin bununla əlaqədar Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlər barədə informasiyalar, Azərbaycan və Türkiyə prezidentlərinin “Space” televiziyasının müxbirinin sualına cavablarının və dövlətimizin başçısının konqresdə çıxışının mətnləri kitabda yer alıb. Dövlətimizin başçısı çıxışında deyib: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq”.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Roma Papası Fransisk ilə görüşünün materialları, Venesuela Bolivar Respublikası və Xorvatiya Respublikası prezidentləri ilə apardığı danışıqlara dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının, Prezident İlham Əliyevin Azərbaycan-Xorvatiya Biznes Forumunda çıxışının mətnləri daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Çoxcildliyin 76-cı kitabında, həmçinin Prezident İlham Əliyevin Rusiya, Belarus, Pakistan, Türkiyə, Bolqarıstan, Tacikistan, ABŞ, Rumıniya və digər dövlətlərin, AŞPA, Afrika İttifaqı, ATƏT və Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksəksəviyyəli iştirakçılarını qəbul etməsinə dair materiallar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqinin, Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə çıxışının, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqin, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibəsinin mətnləri ilə də tanış ola bilər. Bu kitabda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, Mingəçevir və Sumqayıt şəhərlərinə, Qazax və Ağstafa rayonlarına səfərləri zamanı iqtisadi və sosial infrastruktur obyektlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında materiallar da verilib.

Nəşrə ölkə rəhbərinin “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, habelə müxtəlif məktubları daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 76-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Baxış sayı : 1005
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54