CƏMİYYƏT
A- A A+

Sətir-sətir oxu məni

2019-01-24 08:25:18

“Ecoprint” nəşriyyatında Səxavət Əmvəroğlunun “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərin ana xəttini təçkil edir. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir. Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.

Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı şeirlər kitabından nümunələr

Qurban olum ey Vətən!

Mən hər zaman səni deyib gəzərəm,

Yollarına tər çiçəklər düzərəm.

Qürbət eldə möhnətinə dözərəm,

Dayağına qurban olum, ey Vətən!

Nizamilər, Nəsimilər yurdusan,

Hünərinlə azadlığı qurmusan.

Əsarətin zəncirini qırmısan,

Bayrağına qurban olum, ey Vətən!

Şəhidlərin yenilməzdir dünyada,

Zəfər səsi ucalacaq hər yanda.

Yerdə qalmaz oğulların qanı da,

Növrağına qurban olum, ey Vətən!

Xətailər, Cavad xanlar yetirən,

Xoş soraqlar, xoş xəbərlər gətirən,

Qanqallıqda qızıl güllər bitirən,

Sorağına qurban olum, ey Vətən!

Kösöv olub ocağında qalanım,

Başına min kərə dönüm, dolanım.

Səxavətəm, dilimdə yox yalanım,

Torpağına qurban olum, ey Vətən!

Abu –Kir (Misir)

Quba

Parlayan ulduzsan, yanan çıraqsan,

Ömür yollarımda nurlu mayaksan.

Fəxrimdir qoynunda zirvəli dağlar,

Gəzməli ormanlar, görməli bağlar,

Hər yerin tamaşa, maraqlı Qubam.

Xınalıq-xınalı dağlar maralı,

Qızları ismətli, abır-həyalı.

Qayası, dərəsi axar bulaqlı,

Ömrümə yazısan sirli-soraqlı,

Gecəsi sönməyən çıraqlı Qubam.

Düzülüb cərgəyə “Qımıl”ın, “Dağlı”n,

Axarı boyunca çayı Qudyalın.

Güvənib əzminə elin, obanın,

Gözəl diyarısan Azərbaycanın,

Hər yanda avazlı, soraqlı Qubam.

Tanıyan-bilənin gözü burdadır,

Şairin ən gözəl sözü burdadır.

Saf qəlbli adamlar özü burdadır,

Tarixin qəhrəman izi burdadır,

Əzəldən ocağı qonaqlı Qubam.

Artan uğurların-könül sevincim,

Eşqim, təravətim, gülüm-çiçəyim.

Qalıb xatirələr, ötüb gəncliyim,

Səxavətəm, sənsən vuran ürəyim,

Yolları çinarlı, qovaqlı Qubam.

“Qımıl”ım mənim

Hayana baxırsan meşəli dağlar,

Çiçəkli bağçalar meyvəli bağlar.

Yadıma düşdükcə nəğməli çağlar,

Nisgildən, həsrətdən ürəyim ağlar,

Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Yağanda göylərdən yaz yağışları,

Görəndə o təmiz, saf baxışları.

Dağlar ətəyində gül naxışları,

Könül oxşayandır çaylaq daşları

Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Çeşmələr, bulaqlar buz kimi sərin,

Hər qarış torpağı bal kimi şirin.

Dağların vüqarı əyilməz, mətin,

Bitib, tükənməzdir bu məhəbbətim,

Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

Bütün uğurlarım səndən başlayıb,

Sənə vurulduğum gündən başlayıb.

Qəlbim səni daim zirvədə sayıb,

Qələmim bu eşqi ellərə yayıb,

Şöhrətim, vüqarım “Qımıl”ım mənim.

İskəndərun (Türkiyə)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 585

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...