SOSİAL
A- A A+

Şuranın dövlət orqanları tərəfindən verilən qrantların razılaşdırılması üzrə Komissiyasının iclası keçirilib

2019-01-23 19:40:21

.

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə fərmanının icrasını təmin etmək məqsədilə yaratdığı Komissiyanın ilk iclası keçirilib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq Komissiyanın dövlət qurumlarının qrant müsabiqələri zamanı təkrarçılığa yol verməməsi, dövlət vəsaitinin cəmiyyət üçün aktual olan ictimai problemlərin həllinə yönləndirilməsi, ümumilikdə dövlətin bu istiqamətdə siyasətinin daha effektiv şəkildə icrasını təmin etmək məqsədilə yaradıldığını deyib.

A.Quliyev Komissiyanın Şura adından 11 dövlət qurumunun qrant müsabiqəsinin mövzuları və QHT-lərin ora təqdim etdiyi layihələrlə bağlı qiymətləndirmə apararaq həmin dövlət orqanlarına rəy bildirəcəyini vurğulayıb. Azay Quliyev 2017-ci ildən Şuranın cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafıyla bağlı apardığı dövlət siyasətinə uyğun olaraq qrantların razılaşdırılması üzrə elektron proqramının hazırlanaraq istifadəyə verildiyini və hazırda onun daha da təkmilləşdirildiyini bildirib.

Şuranın qərarına əsasən Komissiyanın sədri təyin olunan Şura üzvü Sahib Məmmədov Komissiyanın üzərinə düşən öhdəliklərin uğurla icrası ediləcəyini deyib. Sahib Məmmədov bildirib ki, dövlət başçısının təsdiqlədiyi Qaydaya uyğun olaraq Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2019-cu ildə elan edəcəyi qrant müsabiqəsinin mövzularını Şuraya təqdim edib.

Müzakirələrdən sonra bir sıra mövzu təklifləri əlavə olunmaqla bütün müraciətlərlə bağlı müsbət rəyin bildirilməsi haqqında qərar qəbul olunub. İclasda, həmçinin Komissiyanın daxili təlimatı da müzakirə olunaraq rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.

Məlumat üçün bildiririk ki, Komissiyanın sədri Şura üzvü Sahib Məmmədov, katibi Elnur Bağırlı, üzvləri isə Şahin İsmayılov, Əliməmməd Nuriyev, Nərgiz Eyvazova, Fərasət Qurbanov və Elməddin Behbuddur.


Kateqoriya : SOSİAL Baxış sayı : 620

QHT və MEDİA

2020-02-17 08:25:26

QHT və MEDİA
Mülazim Pahsa: Ermənistanın baş nazirini...
Mülazim Pahsa: Ermənistanın baş nazirini...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölk...

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...