SOSİAL
A- A A+

İlahiyyat İnstitutunda “Nəsimi İli” ilə bağlı tədbirlər keçiriləcək

2019-01-23 10:10:50

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

İnstitutdan verilən məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan “Nəsimi İli” elan olunub. Bu il, həmçinin dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Dövlətimiz tərəfindən “Nəsimi İli”nin elan edilməsi ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam, həmçinin ölkə Prezident İlham Əliyevin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilkdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyərin ifadəsidir.

Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Qeyd edilməlidir ki, Nəsimi yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümmummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılıması baxımından böyük rola malik olub. Həmin dövrdən etibarən, İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırma aparılıb. İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyət xüsusi nəzərə çarpır. Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Aİİ rektoru C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir. Vurğulanıb ki, ali təhsil müəssisəsində bu il ərzində Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcəkdir. “Nəsimi İli” çərçivəsində İnstitutda “İslam irfan ənənəsinin formalaşmasında İmadəddin Nəsiminin rolu” mövzusunda elmi konfrans, Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa”, tələbələrdə mental və ali dəyərlərin təbliği məqsədilə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş şeir, nəsr müsabiqəsi, həmçinin bir sıra digər tədbirlər təşkil ediləcək.


Kateqoriya : SOSİAL Baxış sayı : 347

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...