MƏDƏNİ
A- A A+

"Nəsimi Azərbaycan dilindən sistemli şəkildə istifadə edib"

2019-01-23 09:35:32

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib

Bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi əlamətdar hadisələrdən biridir: "Bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sərəncam XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin olan dili yeni-yeni tədqiqatların obyekti olacaq. Bu qərar Azərbaycan mədəniyyəti tarixində “Ana dili”nin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verdi. Nəsimi öz əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qorumuş, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olmuşdur".

T.Şükürlü əlavə edib ki, qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb: "Şairin əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Nəsimi dili onun özü haqqında güclü və aydın informasiya verir. Onun şeirində daima düşünən, kainatın sirlərinə cavab axtaran bir şəxsiyyətin obrazı var".

Alim hesab edir ki, Nəsimi dilinin şəkilçi sistemi inkişaf səviyyəsinə görə müasir dövrümüzə uyğundur: "Şairin dilində şəkilçilər həm söz yaradıcılığı prosesində, həm də qrammatik sistemin formalaşmasında aktiv şəkildə iştirak edir. Nəsimi yaradıcılığının dar keçidləri, dolanbac yolları vardır. Nəsimi anlayışı şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcəkdir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilərək çox mühüm nəticələr vermişdir. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılmışdır. Həmin vaxtdan sonra Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılmışdır".


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 323

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...