CƏMİYYƏT
A- A A+

Azərbaycanın ABŞ-dakı səfiri “The Washington Times”da 20 Yanvardan yazdı

2019-01-21 09:05:07

Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazılıb. Səfir yazıb ki, Azərbaycanın həmin dövrdə imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı qurbanlar verərək yekunda istədiyi azadlığı və müstəqil gələcəyi əldə edə bildi. Diplomat əlavə edib ki, Azərbaycan öz ərazisini xarici hərbi mövcudluqdan azad etmiş ilk sovet ölkəsi oldu: “Sovet qoşunları tərəfindən həmin gecə azərbaycanlılar, ruslar, tatarlar, yəhudilər və başqa xalqların nümayəndələri öldürüldü. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri həmin gecənin qurbanları üçün yas tutdu”. E.Süleymanov məqalədə qeyd edib ki, həqiqətən də müstəqil və uğurlu Azərbaycan sovet rejiminin qurbanı olmuş şəxslərin xatirəsi üçün ən yaxşı dəyərdir: “Müstəqillik Azərbaycana xaricdən müdaxilə olmadan öz xalqının maraqları üçün fəaliyyət göstərməyə imkan verdi”. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. (Trend)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 604

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...