MÜSAHİBƏ
A- A A+

Məlahət İbrahimqızı: Avropa Parlamentinin ermənipərəst qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur

2019-01-19 18:45:06

.

Azərbaycan ilə Avropa İttifaqı arasında sazişin imzalanmasına dair danışıqlar prosesinin getdiyi bir ərəfədə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etdi. Avropa Parlamenti bir qrup ermənipərəst siyasətçinin təsiri ilə Azərbaycana təzyiq etmək, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq məqsədilə belə “sənədlər” qəbul edir. Bəs niyə Avropa Parlamentinin deputatları uzun illərdir Ermənistanda iki azərbaycanlının - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı heç bir cəhd göstərmirlər? Bu, tamamilə qəbuledilməzdir. Fact-info.az-ın məlumatına görə bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu, olduqca riyakar bir “sənəd”dir. Ermənipərəst dairələrin belə bir “sənəd”in qəbul olunmasına töhfələri həqiqətən də riyakarlıqdan başqa bir şey deyil. Belə bir misal var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa parlamentariləri yaxşı olar ki, Avropada ildən-ilə artan irqçiliyin, ayrı-seçkiliyin, insanların siniflərə bölünməsinin, islamofobiya, ksenofobiya kimi halların artmasının, bu problemlərin artıq, demək olar ki, dövlət siyasətinə keçməsinin qarşısını almaq məqsədilə sənədlər qəbul etsinlər. Yaxşı olar ki, bir müddət bundan əvvəl dünyada tanınan bir mətbuat orqanının jurnalistinin öldürülməsinə elə Avropa dövlətlərinin özlərinin rəhbərlərinin laqeyd münasibəti ilə bağlı bəyanatlar qəbul etsinlər.

“Azərbaycan dövləti xalqımızın maraqlarına xidmət edən siyasət həyata keçirir. Biz beynəlxalq təşkilatlara üzv olan digər dövlətlər kimi bərabərhüquqlu müstəqil dövlətik, dünyaya mühüm töhfələr veririk. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət aparır. Dövlətimizin başçısı dünyada gedən riyakar, ikili standartlı, ikiüzlü siyasəti hər zaman ən yüksək kürsülərdə tənqid edir, onlara qarşı öz qəti mövqeyini göstərir. Azərbaycana qarşı qərəzli sənədin qəbul olunmasına çalışan bir sıra ermənipərəst parlamentarilər yaxşı olar ki, Ermənistanda baş verən insan haqları pozuntularına və digər antidemokratik hərəkətlərə qarşı mübarizə aparsınlar”, - deyə M.İbrahimqızı qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, belə qərəzli “qətnamələr”in erməni lobbisinin təsiri altında qəbul edilməsi hamıya məlumdur. Onların məqsədi işğalçı Ermənistanı himayə etmək, işğalçılığı ört-basdır etməkdir. Azərbaycanın ildən-ilə güclənməsini, regionun lider dövləti kimi inkişafını onların gözləri götürmür. Bu qərəzli qüvvələr Azərbaycanın dünyanın ən güclü dövlətləri sırasında olmasının qarşısını almaq üçün müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına çalışırlar. Bilirlər ki, Azərbaycan dövləti, xalqı erməni işğalına uzun müddət dözməyəcək. Bu səbrin bir həddi var. Dövlətimiz hələ ki, münaqişənin sülh yolu ilə həll olunmasına çalışır. Amma torpaqlarımızın işğaldan azad edilməsi sülh yolu ilə mümkün olmadığı halda, əlbəttə, nə ölkəmizin rəhbəri, nə də xalqımız heç vaxt bir qarış torpağımızı da güzəştə getməyəcək. Bu mənada, onlar Azərbaycanın gücünü də bilirlər. Həmin qüvvələr 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində də Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü gördülər, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer tutmasının şahidi oldular. Eyni zamanda, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini də gördülər. Beləliklə, məqsəd belə qərəzli “sənəd”lərlə diqqəti Qarabağ problemindən yayındırmaqdır. Bunu hər kəs bilir. Beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımaq, o dövlətin ordusunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmək əvəzinə, Azərbaycanda sanki lupa ilə bir problem axtarırlar. Azərbaycan Prezidenti xalqımızın ümummilli maraqlarını müdafiə edir, ölkəmizlə bağlı həqiqətləri ən yüksək kürsülərdən bəyan edir, fəaliyyətini ikili standartlarla quran beynəlxalq təşkilatları və ölkələri ifşa edir. Biz belə “sənəd”lərin qəbulunu qəti şəkildə qınayırıq. Avropa Parlamentinin ermənipərəst qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 300

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...