SOSİAL
A- A A+

Səfir: "Qorbaçov komandası erməniləri himayə edirdi"

2019-01-19 09:35:35

Ukraynanın nüfuzlu "Qordon" ictimai-siyasi nəşrinin saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib. “Qanlı Qara Yanvar! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduqlarını gördülər”, - deyə səfir məqalədə qeyd edir.

Diplomatın sözlərinə görə, 20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib:

"Qorbaçov komandası erməniləri himayə edirdi. Onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu". Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib:

"Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər ilk növbədə Şəhid Xiyabanını ziyarət edirlər".


Kateqoriya : SOSİAL Baxış sayı : 241

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...