QHT və MEDİA
A- A A+

20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib

2019-01-18 10:10:51

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunan rəsm sərgisi ilə tanış olublar

Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş ‎şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal ‎marşlarının səsləndirilməsi ilə açıq elan edilib.‎

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn ‎günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ‎ailələrinə səbr diləyib. ‎

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev isə ‎çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən ‎cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.‎ Daha sonar çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi ‎şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini ‎alovlandırdığını deyib.‎

Tədbirin çıxış edən Millət Vəkili Fazil Mustafa da 20 Yanvar hadisələrinin Azərbaycan tarixində ‎qəhrəmanlıq salnaməsi olduğunu bildirib.‎ Millət Vəkili Qənirə Paşayevə çıxış edərək 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən ‎öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması ‎istiqamətində daha səylə çalışmalı olduqlarını deyib.‎

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərli də 20 yanvar hadisələri ‎zamanı Ümummilli Lider Heydər Əliyevin o zamankı sovet hakimiyyətinin qarşısında mətin duruşu, ‎qəti etirazı və Azərbaycanın inkişafı istiqamətində gördüyü işlər haqqında danışıb.‎ ‎20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə həmin gecə vətənimizin müstəqilliyi uğurunda ‎həyatlarını qurban verən vətən övladlarının valideyinlərinə belə övladlar yetişdirdiyi üçün ‎təşəkkürünü bildirib.‎ Ənənəyə sadiq qalaraq bu il də Gəncliyə Yardım Fondu 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayıb.‎


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 595

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...