SOSİAL
A- A A+

“20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirilib

2019-01-17 15:30:00

Yanvarın 16-da Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirib

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycan müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Gəncliyə Yardım Fondunun foyesində 20 Yanvar faciəsinə həsr olunan sərgiyə baxış keçirilib. Tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan olunmadan Bakıya yeridilən keçmiş Sovet İttifaqının qoşun birləşmələri tərəfindən dinc əhaliyə amansız divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü qeyd edib. Bildirilib ki, sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, 5 nəfər itkin düşüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib.

V.Qədirov diqqətə çatdırıb ki, bu ağır günlərdə xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 523

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...