CƏMİYYƏT
A- A A+

Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi

2019-01-17 12:10:02

AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat mərasimi keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsindən verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açır.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə edib. O, bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil Fərzəlibəyli, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.

Təqdimat mərasimində BDU-nun Qafqazşünaslıq ixtisasında təhsil alan tələbə və magistrlar iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 413

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...