MƏDƏNİ
A- A A+

"Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür

2019-01-17 12:00:27

.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, eyni zamanda yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz Ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb.

Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirib, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olub. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır. Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynamışdır.

Çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş olan istedadlı sənətkar Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir. Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə tarixi Sərəncamı ilə bir daha bütün dünya Nəsiminin hansı xalqa mənsub olduğunun şahidi olacaq.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 579

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...