SİYASƏT
A- A A+

Həmsədrlərdən Paris görüşünün yekunlarına dair bəyanat

2019-01-17 09:30:20

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər

Bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir. Bəyanatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparıb. Həmsədrlər ayrı görüş keçiriblər, sonra isə nazirlərlə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edib. Bu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dördüncü görüşü idi”.

Bəyanatda qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: “Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər. İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlara xidmət vəziyyətin qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə ediblər əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”. Bəyanatda həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, həmçinin danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: “Həmsədlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar. Həmsədrlər yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırır”.(Tnend)


Kateqoriya : SİYASƏT Baxış sayı : 215

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...