SOSİAL
A- A A+

Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib

2019-01-16 08:55:00

Fact-info.az-ın məlumatına görə bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verilib

Bildirilib ki, əhalinin çox böyük sıxlığı (hər kvadrat km-ə 200 nəfərdən çox) ilə seçilən ərazilər əsasən Bakı şəhər aqlomerasiyasında yerləşir. Bakı və Sumqayıtın bəzi ərazilərində hər kvadrat km-ə düşən əhalinin sıxlığı 3 000 nəfərdən çoxdur.

Bakı və Sumqayıt Abşeron yarımadasının ümumilikdə 17 faizini təşkil etsə də, burada ümumilikdə Abşeron iqtisadi rayonunun əhalisinin 78 faizi cəmlənib. Abşeron iqtisadi rayonunda ümumi əhalinin sayı 26,75 faiz, kənd əhalisinin sayı isə 44,15 faiz çoxalıb ki, bu da orta respublika göstəricisindən müvafiq olaraq 5,93 və 28,16 faiz çoxdur.

Qeyd olunub ki, iqtisadi-coğrafi rayonlar arasında orta respublika səviyyəsindən az əhali artımı Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Gəncə-Qazaxda qeydə alınıb. Respublikada əhalinin ümumi təbii artımının daha çoxunu kişilər təşkil edir. Bu göstərici şəhər yerləri ilə müqayisədə kənd yerlərində daha yüksəkdir. Şəhər yerlərində 2005-ci ildə əhalinin ümumi təbii artımının 53,7 faizini, 2010-cu ildə 53,2 faizini, 2015-ci ildə 51,5 faizini kişilər təşkil etmişdisə, kənd yerlərində müvafiq göstəricilər 54,5 faiz, 55,4 faiz, 54,1 faiz olub.


Kateqoriya : SOSİAL Baxış sayı : 409

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...