SİYASƏT
A- A A+

Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

2019-01-15 19:10:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu dedi və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və Nikola Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham Əliyev və Nikola Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki Prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər. Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev, öz növbəsində, Nikola Sarkozini yenidən Azərbaycanda görməyindən məmnun olduğunu ifadə edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 332

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...