İQTİSADİ
A- A A+

Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanda sabitlik, inkişaf bərqərar olmayacaq

2019-01-15 10:05:29

Azərbaycan apardığı məqsədyönlü siyasət nəticəsində 2018-ci il ərzində Ermənistanı küncə sıxışdırmağı bacardı. Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.

Fact-info.az-ın məlumatına görə bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Zaur Məmmədov deyib. Ekspert qeyd edib ki, ilin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Beynəlxalq təşkilatlar və ayrı–ayrı dövlətlər tərəfindən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Bakının apardığı ifşa siyasəti nəticəsində həqiqəti biliblər. Onilliklər ərzində “yazıq erməni” obrazı ilə dünya arenasında mövcud olan erməni imicinə bu gün Azərbaycan tərəfindən ciddi zərbə vurulub. Artıq dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır. Uzun illərdir beynəlxalq aktorlar Ermənistan ilə münasibətlərdə qeyri–obyektivliyə, ikili standartlara yol verirdilər.

Bunun da əsasında konyak diplomatiyası, erməni lobbisinin qurduğu iş dayanırdı. Hamıya çox yaxşı məlumdur kı, erməni lobbisi tərəfindən maddi maraqlar qarşılığında müxtəlif siyasətçilər, parlamentarilər ələ alınaraq təmsil etdikləri dövlətlərin deyil, erməni lobbisinin maraqlarına xidmət edirlər. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi aparıcı institutlarda korrupsioner siyasətçilər tərəfindən Azərbaycana qarşı qarayaxma və təxribat xarakterli siyasət aparılır. Belə olan təqdirdə məntiqi sual ortaya çıxır: necə ola bilər ki, bu illər ərzində qarayaxma kampaniyasına məruz qalan tərəf Azərbaycan olur? Məgər Ermənistanda problemlər yoxdur?

Bəs o vaxt Ermənistanın yeni hakimiyyəti 2008-ci il hadisələrinə görə Koçaryan və o zaman rəhbərlikdə olan şəxslərə qarşı niyə cinayət işi açdı? Hüquqdan, demokratiyadan ürəkdolusu danışan Avropa institutları haradadırlar? Arasında cəmi bir il fərq olan parlament seçkiləri ilə bağlı Qərb müşahidəçilərinin yekun rəyi hansı obyektivlikdən xəbər verir? Əgər əvvəlki seçkilərdə Respublikaçılar partiyası doğrudan da 50 faiz səs toplamışdısa, o zaman dekabr ayındakı seçkilərdə niyə 5 faizlik baryeri aşıb parlamentə daxil ola bilmədi?

Siyasi ekspert deyib: “Prezident Nazirlər Kabinetinin iclasındakı nitqində daha bir vacib məsələyə toxundu. Dövlət başçısı qeyd etdi ki, Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Bu, əslində Ermənistanın yeni rəhbərliyinə bir siqnaldır. Hakimiyyətə çevriliş yolu ilə gələn Koçaryan və Sarkisyan kimi cinayətkarlar uzun illər idi ki, işğalçı və faşist siyasətlərini davam etdirirdilər. Onlara müxtəlif dəstəklərin olmasına baxmayaraq, Azərbaycanın apardığı rasional siyasət nəticəsində cinayətkar rejim çökmüş oldu.

2018-ci ildə Azərbaycan TANAP kimi enerji, Şərq–Qərb, Şimal–Cənub kimi nəqliyyat layihələrini reallaşdıraraq Ermənistanı regiondakı proseslərdən daha da təcrid etməyi bacardı. Lakin bu təcrid siyasəti təkcə iqtisadi sahədə baş vermir. Son illər Ermənistanın yer aldığı regional təşkilatlarda və bu ölkənin müxtəlif dövlətlərlə ikitərəfli münasibətlərində aldığı “sillələr” Ermənistanın siyasi təcridinə gətirib çıxarıb. Ermənistanın xarici ticarət dövriyyəsinə, eyni zamanda, bu ölkəyə səfər edən dövlət və hökumət başçılarının statistikasına baxsaq, bu gün Ermənistanın heç kimə lazım olmayan bir ölkəyə çevrildiyinin şahidi olarıq. Bu ölkəyə başçılıq edən istənilən şəxs bilməlidir ki, Ermənistanda inkişaf, sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilmədən bərqərar olmayacaq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 489

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...