MƏDƏNİ
A- A A+

Azərbaycan muğamı Parisdə səslənib

2019-01-14 10:25:50

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub

Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutmuş muğamımız fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertdən sonra fransız musiqisevərlər təəssüratlarını bölüşüblər. Marie-France Leger: “Xanəndə fövqəladə idi. Çox gözəl ifası ilə dinləyiciləri başqa, mistik bir aləmə apardı. Mən Bordodan gəlmişəm. Muğamı çox sevdim, o, insanı ovsunlayan ritmik bir musiqidir. İlk dəfədir muğam konsertində olurdum. Romantik bir mühit vardı”. Annie Karo: “Mən buna gözəllik deyərdim. İfaçı və musiqiçilər arasında xüsusi bir harmoniya var idi. Gənc xanəndə məlahətli səsi ilə dinləyiciləri hipnoz etmişdi. Konsertdən xüsusi zövq aldım. Dostlarımla gəlmişəm. Onlar da heyranlıqlarını bildirirdilər”.

Alen Xeyripur: “Azərbaycan muğamının qəlbimizdə xüsusi yeri var. Muğam ecazkar musiqidir, improvizasiyaya əsaslanır. Bu da muğam ifaçısından xüsusi istedad tələb edir. Kamilə Nəbiyevanı yaxşı tanıyıram. Çox məlahətli səsi var. Amma konsertdə ifaçının təkcə səsi deyil, jestləri və mimikaları da böyük rol oynayır. O, çox yaxşı muğam ifaçısıdır. Musiqiçilər də xanəndənin səsi ilə çox ustalıqla harmoniya yaradırdılar. Çox gözəl konsert oldu”.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 464

QHT və MEDİA

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...