MÜSAHİBƏ
A- A A+

Azərbaycan xalçası Azərbaycan brendi olaraq dünyada öz önəmli yerini möhkəmlədəcək

2019-01-12 12:20:34

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir

“Azərxalça” ASC xalça fabriklərini xamalla təmin etmək məqsədilə hansı tədbirləri həyata keçirir sualını həmin qurumun mətbuat xidməti cavablandırıb. Məlumatları diqqətinizə çatdırırıq:

-Son illər xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Xalça fabriklərini xammalla təmin etmək məqsədilə Yunəyrici-Boyaq Fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin tikintisinə başlanılıb. Bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə toxunaraq demişdi: "Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək".

"Azərxalça" ASC-nin mətbuat xidmətindən daha sonra bildirilib:

-Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri toplanılacaq. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən xalça toxunması üçün iplik istehsalına yararlı olan yun qəbul olunacaqdır. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir. "Azərxalça" yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edəcək. Bu kurslarda tədarükçülərə yun qəbulunun incəlikləri öyrədiləcək. Azərbaycanda Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqələrinin yaradılması heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcəkdir.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 488

QHT və MEDİA

2019-03-26 11:30:12

QHT və MEDİA
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm...

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

CƏMİYYƏT

2019-03-26 11:15:39

CƏMİYYƏT
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...

Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri t...

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

İQTİSADİ

2019-03-25 09:50:31

İQTİSADİ
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar...

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...