SOSİAL
A- A A+

Xalq şairi Zəlimxan Yaqub anıldı

2019-01-10 20:20:33

Xalq şairi Zəlimxan Yaqubun vəfatının üçüncü ili münasibətilə tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış şairin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər

Zəlimxan Yaqub kim şairlərin heç vaxt unudulmayacağını söyləyən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu vəfatından keçən 3 il müddətində şairin kitablarının Qazaxıstan və İranda işıq üzü gördüyünü söyləyib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil, türk dünyasında sevilən şair olduğunu bildirib və onun dünya ədəbiyyatında mövqeyindən söhbət açıb. Şairin zəngin həyat yolundan danışan alim onun nəinki görkəmli şair, ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub sağlığında həm Azərbaycanın, həm də Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülmüşdü.

Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, "Mişov dağı" jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər. Vurğulanıb ki, şair ömrünün 40 ilini Azərbaycan poeziyasının inkişafına həsr edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 467

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...