SİYASƏT
A- A A+

“The London Post” portalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə

2015-08-22 09:35:37

AZƏRTAC-ın Böyük Britaniyadakı xüsusi müxbiri Orxan İsmayılovun bu ölkənin “The London Post” xəbər portalında “Dağlıq Qarabağ: Biz münaqişəni həll edə bilərikmi?” sərlövhəli analitik məqaləsi dərc edilib

Məqalədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” və britaniyalı jurnalist Thomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” kitablarından mənbə olaraq istifadə edilib.

Yazıda oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verilir.

Analitik yazıda qeyd edilir ki, 30 ilə yaxındır Ermənistan-Azərbaycan münasibətləri Dağlıq Qarabağ münaqişəsinə görə korlanıb və Ermənistanın işğalçılıq siyasətinə görə iki ölkə arasında düşmənçilik və müharibə şəraiti yaranıb. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və hazırda ətraf yeddi rayon ilə birgə Ermənistanın işğalı altındadır.

Yazıda münaqişənin 1988-ci ildən başlandığından, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasından, yüzlərlə həmvətənimizin qətlə yetirilməsindən bəhs edilir.

Daha sonra müəllif Xocalı faciəsinə toxunaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliklər haqqında məlumat verir.

Bildirilib ki, 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilib. 1994-cü ildə tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq, cəbhə xəttində sakitlik Ermənistan tərəfindən dəfələrlə pozulub və bu gün də pozulmaqda davam edir.

Daha sonra müəllif “Beynəlxalq ictimaiyyət və təşkilatlar “dondurulmuş münaqişə” haqqında nə düşünür”, “Nəyə görə Azərbaycana və onun ərazi bütövlüyünə qarşı törədilən bu ədalətsizliyə 20 ildən artıqdır ki, göz yumulur” suallarına cavab axtarır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamə nümunə göstərilir. Yazıda Dağlıq Qarabağın bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi olaraq tanındığı bildirilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabına istinadla qeyd edilir ki, Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi, münaqişənin həllinin ildən-ilə uzanması həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın siyasi, iqtisadi inkişafına mənfi təsir göstərir. Münaqişə nəticəsində Ermənistan özünü regional layihələrdən təcrid edib.

Müəllif sonda yazır: “Ermənistanın liderləri və milli elitası dərk etməlidir ki, bu gün münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində həll edilir. Tarixi saxtalaşdırmaq Ermənistanı səhvlərini təkrar etməyə və regionun inkişafına mənfi təsir göstərməyə məcbur edir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkərsə bu, ilk növbədə onun özünün xeyrinə olacaq.

Məqalənin tam mətnini aşağıdakı keçiddən oxumaq mümkündür: http://thelondonpost.net/nagorno-karabakh-can-we-resolve-the-conflict/

 

 

 
 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1220

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...