SİYASƏT
A- A A+

Azərbaycanla İran beynəlxalq terrorçuluqla birgə mübarizəni müzakirə etdi

2019-01-10 09:25:07

İranın Biləsuvar şə¬hə¬rində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət¬lərinin işçi görüşü keçirilib

DSX-dən verilən məlumata görə, tərəflər 11 dekabr 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icra¬sını nəzərdən keçirib, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin¬də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cümlədən, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sahəsində sərhəd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Azərbaycan və İranın iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk¬turu¬nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq¬sə¬dilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə¬dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril¬məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura¬xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 375

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...