QHT və MEDİA
A- A A+

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə yanaşmaları ikili standartlara əsaslanır

2019-01-09 19:50:28

Bu gün Avropanın bir sıra ölkələrində geniş vüsət alan mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair faktların şahidi oluruq

Lakin heç bir hüquq müdafiəsi təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti kimi beynəlxalq qurumlar buna münasibət bildirmirlər. Lakin Azərbaycanda baş verən kiçik hadisə xüsusi qaydada qabardılır və ona siyasi rəng verilir, müxtəlif ittihamlar səsləndirilir. Bununla bağlı AZƏRTAC-a fikirlərini bildirən siyasi şərhçi Azər Həsrət deyib: “Bu məsələlərlə əlaqədar uzun illərdir danışırıq və mövqeyimizi sadəcə Azərbaycanda deyil, elə adıçəkilən həmin beynəlxalq təşkilatların tribunalarından səsləndiririk. Baş vermiş hər hansı hadisə və ya vəziyyətlə bağlı Azərbaycan kimi gənc demokratiyalara fərqli münasibət bəslənilir. Lakin bundan daha şiddətli hadisələrin baş verdiyi Fransa, ABŞ, Almaniya, Böyük Britaniya kimi ölkələrə tamam fərqli münasibət sərgilənir. Yəni, orada baş verən hadisələrə göz yumulur. Yaxud da ki, həmin hadisələr qanunun tələbi kimi əsaslandırılır”.

Müasir dünyanın informasiya, internet əsri olduğunu söyləyən siyasi şərhçi bildirib ki, bu gün heç kimin gözündən heç nəyi yayındırmaq mümkün deyil. Fransada, ABŞ-da və digər ölkələrdə baş verən hər bir hadisə dünyanın gözü qarşısındadır. Bütün bunlarla bağlı qeyd edilən beynəlxalq təşkilatlara verilən sualların cavabında deyilir ki, həmin ölkələr demokratik ölkələrdir, onlarla bağlı problem yoxdur. Lakin sual yaranır: əgər onlar demokratikdirsə, bəs niyə ABŞ-da küçədə polis “təsadüfən” daim qaradərili gəncləri güllələyir? Necə olur ki, elə hər dəfə öldürülən gənc qaradərili olur? Yəni, doğrudanmı oradakı qaradərililər hamısı vəhşidir, hamısı da polislərə hücum edirlər? Yaxud necə olur ki, Parisin küçələrində nümayişçilər qanına qəltan edilir, onlara hücum edilir? Necə olur ki, Fransada “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumundan sonra Parisdə davamlı olaraq fövqəladə vəziyyət elan edilir. Bütün Avropa strukturları, beynəlxalq təşkilatlar bunlara göz yumur, qınamır. Ancaq Türkiyədə terror aktları törədilir, fövqəladə vəziyyət elan edilir və buna görə Türkiyə dövləti qınanır ki, ölkədə repressiya var.

“Biz bu sualları veririk. Təəssüflər olsun ki, cavab ala bilmirik. Bu, nədən qaynaqlanır? Ondan qaynaqlanır ki, onların, xüsusən də Avropa və ABŞ-da yerləşən təşkilatların dünyaya baxışı ikilidir. Yəni, onlar deyirlər ki, bizdə nə baş verirsə, bu, normaldır, belə də olmalıdır və dünya da bunu demokratiyanın göstəricisi kimi qəbul etməlidir. Amma onlarda baş verənlərin yüzdəbiri Azərbaycan, Türkiyə kimi ölkələrdə baş verirsə, bu, demokratiyanın pozulmasıdır. Təbiidir ki, Azərbaycan kimi öz ayaqları üstündə durmağı bacaran, məhz öz lideri tərəfindən idarə olunan, Azərbaycan xalqının mənafelərinə xidmət edən, müstəqil siyasət yürüdən dövlətlər onlar üçün məqbul deyil. Onların yanaşması budur ki, bizim dediyimizlə oturub-dursanız sizin dövlətinizi demokratik elan edəcəyik. Yox, əgər əksinə etsəniz, müstəqil siyasət yürütsəniz, o zaman biz sizi demokratiya, insan haqları və s. məsələlərlə bu cür atəşə tutacağıq”, - deyə siyasi şərhçi bildirib.

Azər Həsrət qeyd edib ki, Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev hər zaman özünün qürurlu duruşu ilə diqqət çəkib, Azərbaycan xalqının, dövlətinin mənafelərini heç zaman heç bir beynəlxalq təşkilatın təzyiqi qarşısında güzəştə getməyib, bundan sonra da belə olacaq. Azərbaycanda xalq ilə Prezidentin birliyi var. Azərbaycan xalqı və Prezidenti bütün məsələlərdə birdirlər. Ona görə də üstümüzə gəlirlər. Lakin sadəcə olaraq başları divara dəyir və geri qayıdırlar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 94

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...