MƏDƏNİ
A- A A+

Repressiyaya məruz qalan şairin kitabı İstanbulda

2019-01-09 16:40:22

Azərbaycanın istiqlal şairi Əmin Abid Gültəkinin "Buzlu cəhənnəm" kitabı 70 ildən sonra İstanbulda təkrar nəşr olunub

İstanbul Azərbaycan Mədəniyyət Evi tərəfindən işıq üzü görən kitabın tərtibatçısı Dilqəm Əhməd, redaktoru Hikmət Elpdir. Kitabda Əmin Abidin Məmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdiyi "Yeni Kafkasya" jurnalında Gültəkin təxəllüsü ilə yazdığı şeirlər və məqalələr, eləcə də Əmin Abid imzası ilə yazdığı əsərlər yer alıb.

Əmin Abidinin 1924-cü ildə Buxarestdən İstanbula Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi poçt açıqcası ilk dəfə bu kitabda çap edilib. Qeyd edək ki, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda, anası Reyhan xanımın evdə açdığı məktəbdə, daha sonra III Aleksandr gimnaziyasında alıb. 1912-ci ildə qəzet və jurnallarda "Abid", "Abid Mütəllibzadə", "Abid Alp Mütəlliboğlu", "Qozqurab bəy" və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib.

Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəsə də, Birinci Dünya müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə imkan verməyib. Şair bir müddət qardaşı, tanınmış şair Əliabbas Müznibin naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-Əmir" jurnallarında çalışıb. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə Əmin Abid İstanbula təhsil almağa göndərilir. Öncə "Darülmüəllimeyi-Aliye"ni, sonra da İstanbul Darülfününün ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya qayıdaraq pedaqoji texnikumda, universitetdə, ümumtəhsil məktəblərində dərs deyib. 1938-ci ildə casusluqda ittiham edilərək güllələnib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 95

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...