İQTİSADİ
A- A A+

“Azərxalça”nın Ağstafa filialı ötən il uğurlu fəaliyyət göstərib

2019-01-09 11:30:16

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin sonlarında fəaliyyətə başlayan filiallarından biri də Ağstafa rayonundadır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xalça istehsalı emalatxanasında 100 nəfərə yaxın toxucu çalışır. Ötən il filialda 557,36 kvadratmetr, 133 xalça toxunub. Burada, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

Bu gün dünyanın ən məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı qrupu xalça örnəkləri qədim Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xarici ölkə kolleksionerlərinin Azərbaycan xalçaları arasında daha çox müraciət etdikləri, maraq göstərdikləri və əldə etməyə çalışdıqları xalça nümunələri sırasında Qazax-Borçalı xalçaları xüsusi yer tutur. Avropalıların “dünyəvi”, “mistik”, “cazibəli”, “təkrarsız”, “koloritli” deyə səciyyələndirdikləri bu xalçalar hələ orta əsrlərdən diqqəti cəlb edib, bir çox məşhur rəsm əsərində öz əksini tapıb. Ağstafa filialının direktoru Raya Eyyubova deyir ki, kollektiv bu xalçaların şöhrətini özünə qaytarmaq, nənələrimizin toxuduğu xalılara layiq xalçalar toxumaq üçün səylə çalışır: "Məqsəd gözəl Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaqdır. Əminik ki, istedadlı toxucuların bu gün ərsəyə gətirdikləri xalçalar gələcəkdə beynəlxalq xalça bazarında özünə layiqli yer tutacaq, bu xalılar da dünya muzeylərinin bəzəyinə çevriləcək. Belə qiymətli xalçaları toxumaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Ağstafalı toxucuların heç vaxt belə müasir xalça istehsalı emalatxanası olmayıb. Ona görə də filialda işləmək istəyənlərin sayı hər gün artır".

Filial direktoru bildirir ki, toxucular keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlar hər bir ilməni elə vururlar ki, sanki öz evlərinə xalça, doğmalarına cehizlik toxuyurlar.

“Azərxalça”nın digər filialları kimi, Ağstafadakı xalça istehsalı emalatxanasında da çalışanların çoxu gənclərdir. Onlar Cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Gənc toxucu Lətifə Vəliyeva xalçaçı olmaqdan məmnundur və onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdardır. Ağstafada xalça istehsalı emalatxanasının yaradılmasının onun kimi xalçaçılığa marağı olan gəncləri çox sevindirdiyini bildirir: “Bu filial bizim üçün həm iş yeridir, həm də milli dəyərimiz olan xalçaçılığı yaşatmaq ünvanıdır. Filialdakı gənclərin toxuduğu xalçaları mütəxəssislər yüksək qiymətləndirirlər. Deməli, tədris-hazırlıq kursunda bizi yaxşı öyrədiblər. Biz gənc toxucular bu gün də öyrənirik. Filialımızda çalışan təcrübəli, yaşlı toxucular bu sənətin sirlərinə daha dərindən yiyələnməyimiz üçün əllərindən gələni əsirgəmirlər”.

Təcrübəli toxucu İradə Süleymanova deyir ki, gənclər xalça toxumağı yaxşı mənimsəyiblər: "Onların arasında elələri var ki, bizdən daha yaxşı xalça toxuyurlar. Onların xalça toxumağını görəndə əmin oluruq ki, Azərbaycan xalçaçılığı etibarlı əllərdədir, bu sənət yaşadılarak gələcək nəsillərə ötürüləcək. Gənclərin xalçaçılığa yönləndirilməsini, həvəsləndirilməsini, onların xalça toxumağı öyrənməsini, bir sözlə xalçaçılığın yaşadılmasını biz dövlət başçımıza borcluyuq. Əgər “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmasaydı, bütün bunlar olmayacaq, xalçaçılıq sənəti getdikcə unudulacaqdı". İradə Süleymanova onlara yaradılan şəraitdən də razılıqla danışır: “Toxucular üçün filialda gözəl iş şəraiti yaradılıb. İşə rahat gəlib-getməyimiz üçün nəqliyyat vasitəsi ilə də təmin olunmuşuq. Qalır yaxşı işləmək, Azərbaycanımıza layiq xalçalar toxumaq”.

Xalça həm təfəkkürün, həm də fiziki əməyin məhsuludur. Ağstafalı toxucuların təfəkkürünün və fiziki əməyinin ötənilki nəticəsi uğurlu və məhsuldardır. Bu, filialın 2019-cu ildə daha böyük uğurlar qazanacağını deməyə əminlik yaradır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 452

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...