TƏDQİQATLAR
A- A A+

Karaqanda hadisələri erməni faşizminin təzahürüdür

2019-01-09 10:20:34

.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub. Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır.

Qazaxıstanla Ermənistan arasında münasibətləri pozan daha bir amil KTMT ilə bağlı hadisələrdir. Ermənistanda Qazaxıstanın KTMT-yə erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi ilə bağlı vəziyyəti düzgün qəbul etməyiblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı bəyanatından sonra ermənilər onun şərəfinə adlandırılmış küçənin adını dəyişdilər və anti-Qazaxıstan şüarlar səsləndirdilər.

Karaqandada baş verənlər dərin köklərə malikdir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 219

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...