QHT və MEDİA
A- A A+

Türkiyədə səfərdə olan “Qarabağ qaziləri” Vətənə qayıdıblar

2019-01-09 09:10:14

Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri qardaş ölkəyə səfəri başa çatdıraraq yanvarın 8-də Vətənə qayıdıblar

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin qarşılanma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini hər zaman yüksək həvəslə yerinə yetirdiklərini və bu yolda mətin addımlarla irəlilədiklərini diqqətə çatdırıb. Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov səfər çərçivəsində keçirdikləri yoldaşlıq oyunu və bir sıra görüşlər barədə məlumat verib, nümayəndə heyətinin qardaş ölkədə yüksək səviyyədə qarşılandığını bildirib. Sonra federasiyanın rəhbəri Rövşən Akifoğlu və idmançılar Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

Federasiyanın və milli komandamızın üzvləri şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər. Xatırladaq ki, Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb. Səfər çərçivəsində “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, daxili işlər naziri Süleyman Soylu ilə görüşlər keçiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 227

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...