CƏMİYYƏT
A- A A+

İtaliya mətbuatı Ermənistan-Azərbaycan münaqişəsindən yazır

2019-01-08 15:20:53

İtaliyanın aparıcı “L’Opinione” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub

Məqalədə ötən ilin dekabr ayında Bakıda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayının keçirildiyi, İctimai Birliyə yeni sədrin seçildiyi xatırladılır.

Müəllif məqalədə İctimai Birliyin yeni sədri Tural Gəncəliyevin fikirlərinə yer verir. Sədr bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən kriminal xunta rejimi yaradılıb. Orada yaşayan erməni əhali, yəni, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin total nəzarəti altında saxlanılır. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin edilmədən münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq edilməlidir.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını tələb edən beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilmir.

Qeyd edilib ki, etnik təmizləmə nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalmış azərbaycanlı icma Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etmək kimi qanuni hüquqa malikdir. Bu hüququ tanımadan münaqişənin ədalətli və hərtərəfli həllini təmin etmək mümkün deyil. Danışıqlarda Ermənistan həmişə Dağlıq Qarabağ ermənilərinin hüquqlarını vurğulayır. Bölgənin erməni icmasının hüquqları azərbaycanlı icmanın hüquqları hesabına təmin edilə bilməz. Bir insanın, bir etnik qrupun hüquqları digər insanın, digər etnik qrupun hüquqlarına xələl gətirilməklə təmin oluna bilməz. Bu, beynəlxalq hüququn və insan haqlarının təməlidir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 518

QHT və MEDİA

2020-01-18 11:10:52

QHT və MEDİA
Azay Quliyevlə ilk görüşdə böyük izdiham...
Azay Quliyevlə ilk görüşdə böyük izdiham...

8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin ...

2020-01-17 10:00:27

QHT və MEDİA
Mətyu Brayzə: Əminəm ki, parlament seçki...
Mətyu Brayzə: Əminəm ki, parlament seçki...

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

...

CƏMİYYƏT

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-01-17 09:20:26

CƏMİYYƏT
“Ermənilərin müsəlmanlara, xristianlara ...
“Ermənilərin müsəlmanlara, xristianlara ...

Tədbirdə çıxış edən kitabın müəllifi Xaqani İsmayıl uzun illər Azərbaycan, T...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...