MƏDƏNİ
A- A A+

Azərbaycan "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında

2015-08-22 09:20:47

Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalına Azərbaycan da dəvət olunub.

Builki festivalın açılışında UNESCO-nun baş katibi İrina Bokova və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı gözlənilir.

Bu il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edəcək. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər.

İki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri açılış mərasimində geniş qeyd olunacaq. Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində Qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət alıblar. Azərbaycandan yubiley tədbirinə fəxri qonaq kimi "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalının ilk iştirakçılarından olan və festivalın Qran-pri mükafatına layiq görülmüş (1997) xalq artisti Simarə İmanova dəvət olunub.

Builki festivalın açılış mərasimi avqustun 25-də reallaşacaq. Tədbir çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcək.

Festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir.

 Azərbaycan musiqiçiləri "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında daim uğurla iştirak ediblər. Tanınmış müğənnilərimiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilib və onlar ən yüksək mükafatlara layiq görülüblər

 
 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1054

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...