MƏDƏNİ
A- A A+

Azərbaycan həqiqətləri ilə bağlı təbliğat işini daha da gücləndirəcəyik

2019-01-08 09:15:46

Türkiyənin İzmir şəhərində 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi təhsil, mədəniyyət sahələrində, ölkələrarası münasibətlərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirir

. Dərnək Türkiyənin rəsmi qurumları ilə əməkdaşlıq şəraitində işləyir. Biz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı işlərimizi davam etdiririk. Bu işləri daha da gücləndirəcəyik.

Bu fikirləri Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib. O qeyd edib ki, Azərbaycan dərnəyinin təşəbbüsü və İzmir şəhəri Bornova rayon bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-Türkiyə Dostluq Parkı, azərbaycanlıların kompakt yaşadıqları ərazidə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidə, o cümlədən İzmir Qarşıyaxa bələdiyyəsi ərazisində Heydər Əliyev Parkı istifadəyə verilib.

Dərnəyin sədri qeyd edib ki, rəhbərlik etdiyi ictimai qurum İzmir şəhərinin böyük klinikaları ilə də əməkdaşlıq edir. Belə ki, İzmirdə fəaliyyət göstərən müxtəlif klinikalarda müalicə olunan azərbaycanlılara yardım məqsədilə sosial layihələr reallaşdırılıb. Bundan başqa, dərnək İzmirin müxtəlif universitetləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. İzmirdə təhsil alan azərbaycanlı tələbələrə dəstək verilir. Bundan başqa, İzmirin Doqquz Eylül və Ege universitetləri ilə də əməkdaşlıq əlaqələrimiz mövcuddur. Dərnəyin Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlərdən danışan sədr Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı mütəmadi olaraq dəyirmi masaların və sərgilərin təşkil edildiyini söyləyib.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 578

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...