SİYASƏT
A- A A+

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri səfirlə görüşdü

2019-01-07 17:55:43

Bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyevlə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib. Tural Gəncəliyev Azərbaycanlı icmanın fəaliyyəti və üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib. Görüş zamanı icmanın gələcək fəaliyyət istiqaməti və nəzərdə tutulan tədbirlər haqqında fikir mübadiləsi aparılıb

İcma rəhbəri Azərbaycan Respublikası hökumətinin məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı icmasının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Dağlıq Qarabağın Azərbaycanlı icmasının dərhal öz doğma torpaqlarına geriyə qayıdışı, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə birgə yaşayışı və konstruktiv dialoq aparmaq əzmi bir daha vurğulanıb.

Tural Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasi işğal altında olan Azərbaycan ərazilərində aparılan qanunsuz fəaliyyət barədə mütəmadi olaraq beynəlxalq təşkilatlara və dünya ictimayyətinə etiraz bəyanatları ünvanlayır. Bu istiqamətdə yerli və xarici media orqanları ilə əməkdaşlığa xüsusi önəm verilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankaranın prinsipial və ədalətli mövqeyinə görə Türkiyəli səfirə minnətdarlıq bildirən İcma rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında səfirliyin dəstəyinə ümid edir.

Tural Gəncəliyev həmçinin işğaldan əvvəl Şuşada keçirdiyi uşaqlıq illəri və xatirələri haqqında məlumat verib. Səfir Erkan Özoral görüşdən məmnun qaldığını, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ilə əməkdaşlıq məsələlərinə xüsusi önəm veriləcəyini bəyan edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 316

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...