SİYASƏT
A- A A+

XİN: “Nezavisimaya Qazeta"da dərc olunan məqalədə saxtakarlıq edilib"

2015-08-21 09:25:41

“Müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib”.

 
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın “Nezavisimaya Qazeta” nəşrində 19 avqust tarixində Anton Yevstratov imzası ilə dərc olunmuş “Колокольни и минареты Карабаха” adlı məqalə ilə bağlı APA-ya açıqlamasında deyib. 
 H. Hacıyev xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim mövcuddur və bu da yalnız işğal və təcavüzün nəticəsidir: “İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl - 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət mono etnik tərkibdir”.  
 
H. Hacıyev bildirib ki, ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır: 
“Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf erməni monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “Mənim alban xalqım üçün ucaldılmış Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktublarında özlərini alban adlandırmışdılar. 
Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışıb. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe etdirildikdən sonra məhv edilib. Ümumiyyətlə, regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər. 
Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. 
Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilib. Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal olunmuş Ağdam rayonundakı Cümə Məscidi və Şuşadakı Yuxarı Gövharağa Məscidi vandalizmə və təhqirlərə məruz qalıb. 
Məqalədən göründüyü kimi, müəllif qeyri-qanunu əsasda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanunu pozub və sifarişli əsasda Azərbaycanın tarixinin saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”. 

 
 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1170

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...