QHT və MEDİA
A- A A+

Turqut Cəfəroğlu: Türkiyədə Azərbaycan həqiqətlərini geniş təbliğ edirik

2019-01-07 09:10:44

Türkiyədə Azərbaycan mədəniyyəti geniş təbliğ olunur. Burada yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycan ədəbiyyatı, musiqiləri, rəqsləri və mətbəxi ilə yaxından tanış olurlar

Bu fikirləri AZƏRTAC-a Türkiyənin Kocaeli vilayətindəki Körfəz Şəhər Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin sədri Turqut Cəfəroğlu bildirib. O qeyd edib ki, dərnəkdə azərbaycanlı uşaqlarla yanaşı, digər xalqların nümayəndələri də idman məşqlərinə, kurslara cəlb olunurlar. Eyni zamanda, dərnəkdə kurslara gələn hər bir şəxs Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılır. O, rəhbərlik etdiyi ictimai qurum vasitəsilə insanlar arasında maarifləndirmə işinin aparıldığını da söyləyib. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyində müxtəlif tədbirlər təşkil olunur. Dərnək ictimai yerlərdə Azərbaycanın milli bayramlarını keçirir. Bundan başqa, Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri təşkil edilir. 2018-ci ildə Körfəz Şəhər Bələdiyyəsinin dəstəyi ilə Xocalı şəhidlərinin abidəsinin açılışı olub. Turqut Cəfəroğlu Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm işlər gördüklərini qeyd edib. Əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də hər kəsi narahat edən problemdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 172

QHT və MEDİA

2019-03-26 11:30:12

QHT və MEDİA
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm...

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

CƏMİYYƏT

2019-03-26 11:15:39

CƏMİYYƏT
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...

Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri t...

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

İQTİSADİ

2019-03-25 09:50:31

İQTİSADİ
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar...

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...