QHT və MEDİA
A- A A+

Rufiz Qonaqov: Ötən il Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunub

2019-01-05 11:05:41

Tam əminliklə demək olar ki, ötən il ölkəmizdə bütün sahələrdə nailiyyətlər əldə edilib. Azərbaycan beynəlxalq əlaqələrin inkişafında böyük irəliləyişlərə nail olub. Prezident İlham Əliyev 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir

Keçən il Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla fəaliyyət göstərib. Ölkəmizin beynəlxalq aləmdə tərəfdaşlarının sayı artıb. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.

O deyib ki, 2018-ci il Azərbaycanda sülh, sabitlik ili olub. Ötən il ABŞ və Rusiya kimi nəhəng dövlətlərin Baş Qərargah rəislərinin Bakıda görüşü keçirilib. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri möhkəmlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı çox aydın fikirlər əksini tapıb. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedədir. R.Qonaqov qeyd edib ki, ki, Azərbaycanın İslam həmrəyliyi məsələsində də rolu artıb. İslam Əməkdaşlıq Təşkilatı, bütün müsəlman dünyası bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir.

Onun sözlərinə görə, 2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir nəticələnməyən məsələ artıq öz həllini tapıb. Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini verib. Xəzərin hüquqi statusunun həlli region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açıb. Mərkəzin sədri bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz bəhrəsini verdi. Dövlətimiz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edib, Ermənistan iqtisadiyyatı çöküb. Bundan başqa, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət olunsun. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 600

QHT və MEDİA

2020-01-18 11:10:52

QHT və MEDİA
Azay Quliyevlə ilk görüşdə böyük izdiham...
Azay Quliyevlə ilk görüşdə böyük izdiham...

8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin ...

2020-01-17 10:00:27

QHT və MEDİA
Mətyu Brayzə: Əminəm ki, parlament seçki...
Mətyu Brayzə: Əminəm ki, parlament seçki...

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

...

CƏMİYYƏT

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-01-17 09:20:26

CƏMİYYƏT
“Ermənilərin müsəlmanlara, xristianlara ...
“Ermənilərin müsəlmanlara, xristianlara ...

Tədbirdə çıxış edən kitabın müəllifi Xaqani İsmayıl uzun illər Azərbaycan, T...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...