QHT və MEDİA
A- A A+

Səfirin Fransanın “Winner” jurnalında müsahibəsi dərc olunub

2019-01-04 09:15:08

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkədə nəşr edilən “Winner” jurnalında müsahibəsi dərc olunub

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə paytaxt Bakının kosmopolit şəhər olmasından, Azərbaycan Xalq Cümhuriyyətindən, onun müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olmasından, qadınlara səsvermə hüququ verməsindən söz açılıb. Həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əvəzedilməz rolundan, enerji təchizatının şaxələndirilməsi istiqamətində fəaliyyətindən, “Cənub Qaz Dəhlizi” layihəsindən danışılıb.

Müsahibədə mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, dünyanın əsas aktorları ilə apardığı tarazlaşdırılmış siyasət sayəsində ölkəmizin regionda sabitlik zonası və təhlükəsizlik amili olduğu diqqətə çatdırılıb. Azərbaycanın NATO ilə əməkdaşlığından danışan səfir Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda görüşməsinin təsadüf olmadığını xatırladıb. Bildirib ki, ölkəmiz mədəniyyətlər və sivilizasiyalararası dialoq platformasına çevrilib. Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar forumlarına, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib. Səfir Azərbaycan-Fransa münasibətlərinə toxunaraq, Cənubi Qafqaz bölgəsində ölkəmizin Fransanın əsas və etibarlı ticarət tərəfdaşı olduğunu qeyd edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salındığını bildirib. O, BMT Təhlükəsizlik münaqişə ilə bağlı qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrini xatırladıb. Qeyd edib ki, Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur, beynəlxalq hüquqa riayət etmir.

Müsahibədə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquqa riayət edilməsində kifayət qədər qətiyyət göstərməlidirlər. Münaqişə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həllini tapmalıdır. Rəhman Mustafayev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü kompromis və ya müzakirə obyekti olmayıb və olmayacaq.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 450

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...